Webster Vienna Private University- Azerbaijani

Webster University (Vebster Universiteti) geniş perspektivli Amerikan Universitetidir. Universitet 1915-ci ildə ABŞ-ın Missuri ştatının Sent Luis şəhərində yaradılmışdır. O vaxtdan Webster 4 qitənin 8 ölkəsində 100-dən artıq kampusu olan beynəlxalq universitet olmuş və 20 000-dən artıq tələbəyə qulluq edir. Vyana kampusu 1981-ci ildə yaradılmış və Avstriyanın yeganə Amerika akkreditasiyalı kampusudur.

Webster Ümumdünya səviyyəsində

Webster-in Avstriya, Çin, Qana, Hollandiya, İsveçrə, Tayland, Böyük Britaniya və ABŞ-da kampusları vardır. Vyana kampusunda qeydiyyatdan keçən tələbələr bütün dünya üzrə istənilən kampusumuzda asan təhsil almaq imkanı əldə edir.

Şirkətin Kredosu

Webster Universiteti ümumdünya institutudur və tələbələri dünya vətəndaşlığı almağa və fərdi təcrübə əldə etməyə hazırlayan yüksək keyfiyyətli tədrislə təmin edir.

Akkreditasiya

Webster Vienna (Webster Vyana) Avstriya Fərdi Universiteti kimi eyni zamanda Higher Learning Commission (Ali Tədris Komissiyası) tərəfindən ABŞ-da və Austrian Accreditation Council (Avstriya Akkreditasiya Konsulluğu) tərəfindən Avstriyada akkreditasiya edilən yeganə universitetdir. Bundan əlavə Webster universitetinin Biznes və Menecment proqramları Accreditation Council for Business Schools and Programs (ACBSP, Biznes Məktəblər və Proqramlar üçün Akkreditasya Konsulluğu) və bizim Maliyyə proqramımız Chartered Financial Analyst (CFA, Diplomlu Maliyyə Analitikləri) İnstitutu tərəfindən yenidən təşkil edilən ilk və tək Avstriya universitet proqramı olmuşdur.

Təlimat Dili

Bütün siniflərimiz ingilis dilində dərs keçir. Zəhmət olmasa, ingilis dili ilə bağlı tələblərimiz barədə daha ətraflı öyrənmək üçün dil tələbləri səhifəmizə daxil olun.

Akademik Proqramlar

Abituriyent/Bakalavr Proqramları

Elm sahəsi üzrə Bakalavr

İncəsənət sahəsi üzrə Bakalavr

Məzun/Magistr Proqramları

Humanitar Elmlər üzrə Magistr

Təbii Elmlər üzrə Magistr

MBA

Maliyyə Məlumatı

Maliyyə məlumatı ilə bağlı təfərrüatlarla Maliyyə Məlumatı səhifəsində tanış ola bilərsiniz. Biz eyni zamanda tələbələrimizin təhsili ilə bağlı maliyyə məsələlərində onları dəstəkləmək üçün müxtəlif stipendiyalar təklif edirik.

Tələbələrin Yerləşdirilməsi

Abituriyentlərimiz gözəl ÖJAB Webster Residence am Augarten (Auqartendə Tələbə Yataqxanası) kampusumuzda otaqla təmin edilir. Məzunlarımızın əlavə ev seçim imkanları vardır.

Müraciət forması

Müraciət tez və asan şəkildə onlayn edilir.

Webster Vyanada təhsil almağın 7 səbəbi

  1. Beynəlxalq Perspektiv: Webster Vyana 70 millətin nümayəndəsi olan tələbə, 20 millətdən ibarət fakultələr və beynəlxalq kampuslar şəbəkəsi ilə həqiqi beynəlxalq icmasını təklif edir. Təhsiliniz müddətində Vyanada və ya Webster kampuslar şəbəkəsində qalmaq qərarınızdan asılı olmayaraq, Webster-də siz ümumdünya vətəndaşına çevriləcəksiniz.
  2. Akkreditasiya: Webster Vyana ABŞ və Avstriyada akkreditasiya almış və beləliklə, təhsil dərəcənizin beynəlxalq səviyyədə tanınmasını təmin etmişdir.
  3. Tələbələrlə bağlı Fəlsəfə: Webster-in kiçik sinifləri (maksimum 25 Abituriyent və maksimum 20 Məzun) və xüsusi təlimçiləri sizə professorlarınızla ünsiyyət və siniflərdə maraqlı müzakirələr aparmaq imkanı verir. Tələbələr eyni zamanda bizim birəbir akademik məsləhətləşmə, Writing Center (Yazı Mərkəzi), Quant Center (Kvant Mərkəzi), Counseling and Psychological Testing Services (Məsləhət və Psixoloji Test Xidmətləri), tələbə xidməti ofislərimiz və Career Development Center (İş İmkanının İnkişafı Mərkəzi) daxil olmaqla, müxtəlif tələbə mənbələrindən yararlana bilər. 
  4. Vyana şəhəri: Avropanın mərkəzində yerləşən və əsas Avropa şəhərlərinə asan çıxışı olan Vyana tarixən Avropanın nəhəng iqtisadi və mədəni regionlarının kəsişmə nöqtəsi olmuşdur. Vyana ən yüksək yaşam səviyyəsi olan şəhərlərdən biri hesab edilir.
  5. Fakultə: Bütün dünyadan dəvət edilmiş 100-dən artıq professor, elmi işçilər və müəllim heyəti ilə Webster Vyana 11:1 nisbətində Tələbə:Fakultə nisbəti ilə qürur duyur. Onların akademik ixtisaslarından əlavə təlimçilərimizin çoxu eyni zamanda öz sahələrində mütəxəssis kimi çalışır, kursların müvafiq olmasını təmin edir və siniflərdə real təcrübələr keçirir.
  6. İş İmkanları: Məzun olduqdan sonra siz Webster-in bütün dünya üzrə 170 000-dən böyük Webster Beynəlxalq məzun şəbəkəsinin üzvü olursunuz. Bizim Alumni Department (Məzum Departamenti) Career Development Center (İş İmkanının İnkişafı Mərkəzi) ilə birgə məzunlara ümumdünya səviyyəsində əlaqə saxlamağa kömək edir və onları peşəkar və sosial şəbəkə əlaqələri imkanları ilə təmin edir.
  7. Tələbə Həyatı: Tələbələr həm yeni dostlar qazana, həm də Webster İcmamızla CV-lərini ötürə bilər. Bizim tələbələrimiz bir sıra proqramlardan və klublardan, eləcə də Webster LEADS, Webster Scholars Program (Əla Nəticələri olan tələbələr üçün Webster proqramı), Student Government Association (Tələbə İdarəetmə Asossiasiyası), akademik və xüsusi maraq klubları və illik Webster tədbirləri və fəaliyyətlərindən yararlanır.